Bu gün Berlində “Normand formatı” çərçivəsində görüş olacaq

Bu gün Berlində “Normand formatı” çərçivəsində görüş olacaq backend

Almaniyanın xarici işlər naziri Frank – Valter Ştaynmayer bildirib ki, xarici işlər nazirlikləri səviyyəsində olacaq görüş Berlin məsləhətləşmələrindən asılıdır. Ukrayna, Fransa, Almaniya və Rusiya xarici siyasət idarələri başçılarının müavinləri bu gün Minsk razılaşmasını müzakirə edəcəklər.

Qazilər.az saytı “Exo Moskvı” – ya istinadən xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikası hökumətinin rəsmi nümayəndəsi bildirib.

Qeyd edək ki keçən həftə prezidentlər Pyotr Poroşenko, Fransua Olland, Vladimr Putin və kansler Angela Merkel arasında olan telefon danışıqları zamanı Almaniya, Fransa və Ukrayna liderləri Rusiya prezidentinə ukraynalı təyyarəçi Nadejda Savcenkonun azad edilməsinə çağırış etmişdilər.
Diaspora