Hörmüzdə gərginlik: ABŞ gəmisinə xəbərdarlıq edildi

Hörmüzdə gərginlik: ABŞ gəmisinə xəbərdarlıq edildi backend

Hörmüz boğazında növbəti gərginlik yaşanıb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Hörmüzdə hərbi təlim keçən İran gəmilərinə doğru ABŞ gəmisi yaxınlaşıb.

Dərhal ABŞ-a məxsus hərbi gəmiyə təlim ərazisinə yaxınlaşdığı barədə xəbərdarlıq edilib.

Bu barədə açıqlama verən İran Hərbi Dəniz Qüvvələri komandiri Həbibullah Səyyari ABŞ gəmisinin xəbərdarlıqdan sonra ərazidən uzaqlaşdığını bildirib.

Qeyd edək ki, "Velayat-94" adı altında keçirilən hərbi təlim Hörmüz boğazının şərqi, Oman dənizi və Hind okeanının şimalını əhatə edir. Hərbi təlimin keçirilmə sahəsi 3 mln kvadrat kilometrdir.