İran Prezidenti Həsən Ruhaninin fransız həmkarı Fransua Ollandla axşam yeməyi proqramı “halal ət və spirt” qalmaqalına görə ləğv edilib. Axar.az xəbər verir ki, şam yeməyindən öncə İran nümayəndə heyəti süfrəyə halal ət qoyulmasını və spirtli içkilərin verilməməsini tələb edib. Lakin Fransa tərəfi iranlıların təklifini yerinə yetirməyib. Bu səbəbdən Yelisey sarayında şam yeməyi proqramı ləğv edilib.
Danışıqlar üçün bu axşam bir araya gələcəyi gözlənilən İran və Fransa nümayəndə heyətlərinin ayrı-ayrı otaqlarda yemək yeyəcəyi gözlənilir.
Digər tərəfdən iranlılar Fransanın səhər naharı təklifinin “çox ucuz” olduğunu əsas gətirərək bundan imtina ediblər.
Xatırladaq ki, Fransadan öncə İtaliyada səfərdə olan Ruhani bu ölkənin Baş naziri Matteo Renzi ilə Romada yerləşən Kapitoli Muzeyində görüşüb. Muzeydə olan çılpaq heykəllər Ruhaniyə görə örtülmüşdü.