Dağıstanda iki ay ərzində “donuz qripi”nə yoluxan şəxslərin sayı 77 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə regional Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, xəstələrdən beş nəfəri pnevmoniyadan keçinib. Ölən şəxslərin peyvənd olunmadığı bildirilir.“Ümumilikdə 91 yoluxma halı qeydə alınıb, onlardan 77-si A (H1N1), 14-ü isə A (H3N2) virusuna yoluxub”, - deyə qurumdan bildirilib.
Hazırda Mahaçqala xəstəxanalarında qripə yoluxmuş 248 xəstə müalicə alır. Onlardan 61 nəfəri uşaq olmaqla, 130-na pnevmoniya diaqnozu qoyulub.