İsveçin keçmiş xarici işlər naziri Karl Bildt Ukrayna hökumətinə rəhbərlik edə bilər.
Qaziler.az-ın məlumatına görə, Axar.az “Qlavkom”a istinadən xəbər verir ki, Ukraynanın Baş naziri Arseni Yaçenyukun postuna “vaxtı ilə Ukraynanı çox yaxşı öyrənib indi işsiz qalan siyasətçi” keçə bilər.Verilən məlumata görə, Ukrayna Prezidenti Pyotr Poroşenko artıq bu mövzunu ciddi müzakirəyə çıxarıb.
Xatırladaq ki, Karl Bildt 1991 – 1993-cü illərdə İsveçin baş naziri, 2006–2014-cü illərdə isə İsveçin xarici işlər naziri kimi fəaliyyət göstərib.