Gürcüstan “İslam Dövləti” yaraqlılarının Pankisi vadisində təlim keçməsi ilə bağlı Sergey Lavrovun ittihamını rədd edib.
Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, Gürcüstan baş nazirinin köməkçisi Zurab Abaşidze yanvarın 26-da Lavrovun bəyanatını qərəzli adlandırıb.Lavrov elə həmin gün bundan əvvəl “İslam Dövləti” yaraqlılarının Pankisi vadisində təlim keçməsi barədə məlumatlar olduğunu demişdi.
Abaşidze Çeçenistanla sərhəddə yerləşən bu vadidən 30 nəfərin Suriyaya keçərək yaraqlılara qoşulduqlarını bildirib və qeyd edib ki, qayıdanda onlara qarşı rəsmi ittiham irəli sürüləcək.
Yanvarın 26-da Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Tbilisinin Pankisi vadisində vəziyyətə tam nəzarət etdiyini bildirib.