Tayvan: soyuq havadan azı 85 nəfər ölüb

Tayvan: soyuq havadan azı 85 nəfər ölüb backend

Şərqi Asiyanı bürüyən kəskin hava soyuması Tayvanda azı 85 nəfərin ölümü ilə nəticələnib, Cənubi Koreyada isə azı 60 min turistin çıxılmaz vəziyyətdə qalmasına səbəb olub.

Tayvan mətbuatı istirahət günlərində temperaturun kəskin aşağı düşməsi ilə donvurma və ürək xəstəliklərindən ölənlərin sayının artması barədə məlumat verib.
Bu arada güclü qar Koreyanın istirahət adası Çecu-da hava limanının bağlanmasına səbəb olub və reyslər ləğv ediləcək.

Soyuqlar həmçinin Honkonq, cənub Çin və Yaponiyaya da zərbə vurub.
Tayvanda həlak olmuş insanların bir çoxu Taybey və Taoyuan kimi şimal rayonlarında yaşayan yaşlı insanlar olub.

Hakimiyyət orqanları insanlara, xüsusən də yaşlı vətəndaşlara soyuqdan kənarda qalmaqla bağlı xəbərdarlıq edib.

Cənubi Koreyada, mülayim hava şəraiti və çimərlikləri ilə tanınan Çecu adasında 500-dən artıq daxili və beynəlxalq uçuşlar təxirə salınıb.
Hava limanının bazar ertəsi gecə saatlarında açılması gözlənilir.

Yonhap agentliyi məlumat yayıb ki, rəsmilər ölkədəki turistləri nəqliyyat və yerləşdirmə ilə təmin edib.

Honkonqda son 60 il ərzində aşağı temperatur müşahidə edilir.

Qar tufanları isə Yaponiyanın iri rayonlarını vurub. Bazar günü və bazar ertəsi bütün ölkədə 600-dən çox daxili reys ləğv olunub. Bu barədə NHK informasiya agentliyi bildirir.

Yaponiyada müşahidə olunan soyuq havadan indiyə qədər azı beş nəfər ölüb və 100-dən artıq insan xəsarət alıb.