Portuqaliyada prezident seçkiləri keçirilib. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, seçkilərə 10 namizəd qatılıb. Sosial-Demokrat Partiyasının namizədi Marselo Rebelo de Sousa ilk turda qələbə çalmağı bacarıb. O, ən yaxın izləyicisi olan Lissabon Universitetinin rektoru Antoniu Sampayu da Novoadan 30 faiz çox səs toplayıb.
Marselo Rebelo de Sousa seçkiləri qazandıqdan sonra açıqlama verib: "Əvvəla, Portuqaliya xalqını salamlamaq istəyirəm. Xalq qərar verdi və Portuqaliya Respublikasının prezidenti olmaq şərəfinə məni layiq gördü. Məncə, bu yarışlarda heç kəs heç nə itirməyib".
Qeyd edək ki, yeni prezident vəzifəsinin icrasına bu ilin mart ayında başlayacaq.