Çeçenistan rəhbəri Ramzan Kadırov respublikada stabilliyi və sülhü bərpa etdiyi üçün Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) tərəfindən fəxri akademik adına layiq görülüb.
Axar.az xəbər verir ki, Kadırov bu barədə İnstaqramda məlumat yayıb.
Onun sözlərinə görə, 10 il öncə baş nazirin köməkçisi işləyən zaman bu ada layiq görülüb:
“Neçə ay nişanı və diplomu qəbul etmək istəmədim. Lakin yaxın dostlar bu hərəkətimin qeyri-etik olduğunu bildirdilər. 2006-cı ilin yanvarında RTEA-nın vitse-prezidenti Aleksandr Laqutkin Qudermesə gəldi. O, Çeçenistanda sülhü və sabitliyi bərqərar etmək istiqamətində fəaliyyətimə görə bu mükafatı təqdim etdi”.



