2015-ci ildə dünya üzrə kibercinayətkarlıq 158 milyard dollar zərərə səbəb olub. İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Symantec” şirkətinin kibercinayətkarlıqla bağlı hesabatında deyilir.
Şirkətin məlumatına əsasən ötən il 594 milyon nəfər kibercinayətkarlığın qurbanı olub. Orta hesabla hər insana 358 dollar ziyan dəyib. Kiber hücumların dəf olunmasına orta hesabla 21 saat vaxt sərf olunub.