Türkiyənin 11 vilayətində hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülən hərəkatının tərəfdarlarına qarşı əməliyyat keçirilir. Bu barədə Trend çərşənbə axşamı "Hurriyet" qəzetinə istinadən xəbər verib.
Əməliyyat çərçivəsində aralarında yüksək çinli polis məmurlarının da olduğu 26 nəfər saxlanılıb.Bir qədər əvvəl xəbər verilmişdi ki, Türkiyədə Fətullah Gülən hərəkatına qarşı mübarizə çərçivəsində dövlət strukturlarında son zamanların ən irimiqyaslı kadr dəyişiklikləri gözlənilir. Gözlənildiyi kimi, Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyənin dövlət idarələrinin demək olar ki, bütün rəhbərləri dəyişdiriləcək.