2025-ci ildə dronların satışı 100 milyona çatacaq “ABI Research” şirkəti yaxın on il ərzində pilotsuz uçuş aparatlarının istehlak bazarının sürətlə artacağını proqnozlaşdırır. İKT.lent.az “3dnews.ru” saytına istinadən bildir ki, qiymətləndirməyə görə, 2014-cü ildə bütün dünya üzrə 4,9 milyon ədəd müxtəlif növ istehlak dronu istehsal olunub.
Bununla belə, istifadəçilər üçün nəzərdə tutulmuş və “toy/hobbyist” kateqoriyasına aid olan oyuncaq pilotsuz uçan aparatların payına ümumi gəlirin təxminən 30 faizi düşüb.
Eyni zamanda daha təcrübəli istifadəçilər üçün nəzərdə tutulmuş və “prosumer” seqmentinə aid pilotsuz uçan aparatlar ümumi gəlirin 69 faizini əldə edib.
“ABI Research” proqnozlarına görə, artıq 2017-ci ildə istehlak dronları bazarında qüvvələrin yerləşməsi dəyişməyə başlayacaq. Yəni “toy/hobbyist” kateqoriyalı cihazlar gəlirdə “prosumer” aparatlarını geridə qoyacaq.
Analitiklər düşünür ki, 2025-ci ildə istehlak dronlarının dünya bazarında həcmi 90 milyon ədədi keçəcək. Beləliklə, orta hesabla orta illik artım faizi 2014-cü illə müqayisədə 30,4 faiz olacaq. Pul məbləğində isə bu sahənin həcmi növbəti onilliyin ortalarında 4,6 milyard dollara çatacaq.