Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Aleksandrovna Putina ikinci dəfə ərə gedib.
Qaziler.az “Sobesednik”ə istinadən xəbər verir ki, 2013-cü ildə Putindən ayrılan Lyudmila özündən 21 yaş kiçik bir şəxslə evlənib.Araşdırmalar zamanı məlum olub ki, Putinə anasından qalan Sankt- Peterburqdakı bir ev Lyudmila Oçeretnayanın adına qeydiyyatdan keçib. 57 yaşlı Lyudmila İnsanlarla Əlaqələr Dərnəyinin rəhbəri, 36 yaşlı Artur Oçeretni ile evlənərək onun soyadını qəbul edib.
Qeyd edək ki, keçmiş həyat yoldaşı ilə yaxşı münasibətləri olduğunu deyən Putin 2014-cü ildə verdiyi müsahibədə evlənməklə bağlı suala “Əvvəl keçmiş arvadımı ərə verim, sonra özümü düşünəcəm”, - demişdi.



