ABŞ: Çovğun 85 milyon insana təsir edib

ABŞ: Çovğun 85 milyon insana təsir edib backend

ABŞ-ın cənub-şərq sahillərini 85 milyon insanın həyatına təsir edən nəhəng qar çovğunu bürüyüb.

Qaziler.az BBC-yə istinadən bildirir ki, təxminən 102 santimetr hündürlüyü olan qar örtüyü dəmir yolu və hava nəqliyyatını iflic edib və 200,000 nəfəri elektriksiz qoyub.
Bazar axşamı ən çox qar yağan Nyu-York şəhərinə girişə qoyulmuş qadağa qaldırılacaq.
Xatırladaq ki, pis hava şəraiti azı 18 nəfərin ölümünə və yol qəzalarına səbəb olub.
Hazırda çovğun azalaraq Atlantik Okeanına doğru hərəkət edir.
Təxminən altı ay əvvəl iş üçün Virciniyaya köçən Andreu Vatson BBC-ə deyib ki, nəqliyyat məhdudlaşdırılsa da, ailələr qardan həzz alır.
"Yollar indi keçilməzdir və bizim yaşadığımız yerdə avtomobilsiz hərəkət qeyri-mümkün olduğundan indi harasa getmək mümkün deyil."
"Bizə deyilib ki, yola çıxmayaq. Bu ağıllı fikirdir, çünki yollar sürüşkəndir. Amma hamı şən görünür, bizim küçədə uşaqlar hazırda qartopu oynayır", - deyə o əlavə edib.
Nyu-York, Tennesi, Corcia, Kentukki, Şimali Karolina, Nyu-Cersi, Virciniya, Qərbi Virciniya, Merilend, Pensilvaniya və Kolumbiyada fövqəladə vəziyyət elan edilib.
Ötən gün Kentukki və Pensilvaniyada 12 saatdan çox tıxac müşahidə edilib.
ABŞ federal hökuməti cümədən bəri bağlıdır. Prezident Barak Obama Ağ Evdə qalmaqdadır.