Ukrayna Təhlükəsizlik Xidməti Cənubi Qafqazdan olan qanuni oğrunu yaxalayıb.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Təhlükəsizlik Xidmətinin Mətbuat Xidməti yayıb.Mətbuat xidməti ələ keçirilən şəxsin 2015-ci ilin dekabrında Belarus sərhəddini qanunsuz keçməyə çalışdığını bildirib. Qanuni oğrunun üzərindən qondarma Abxaziya Respublikasına aid sənəd aşkarlanıb. Kəşfiyyat ələ keçirilən şəxsin adını açıqlamaqdan imtina edib.
Qeyd edək ki, bundan öncə Ukraynada əslən Gürcüstandan olan qanuni oğru Laşa Djaçviliani tutulub. Sonradan keçirilən məhkəmə zamanı onun həbs edilməsi ilə bağlı yetərli qədər sübut olmadığına görə o, azadlığa buraxılıb.