Yanvarın 23-də Çin Xalq Respublikasının Sədri Si Cinpinin İrana rəsmi səfəri başlayıb. Geniş tərkibli nümayəndə heyəti ilə Tehrana səfər edən Çinin lideri İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
Qaziler.az AzərTAC-a istinadən xəbər verir ki, görüşdə enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ilə yanaşı, qarşılıqlı investisiyaların həcminin artırılması və qarşıdakı 10 ilə ticarət dövriyyəsinin 600 milyard dollara çatdırılması da müzakirə edilib.Keçirilən brifinqdə Həsən Ruhani Çin-İran münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatdığını bildirib.
Si Cinpin bildirib ki, İran regionda böyük iqtisadi və siyasi potensiala malik olan dövlətdir.



