Almaniyanın “Volkswagen” şirkəti Çindən 78 min avtomobili dizayn qüsurlarına görə geri çağırır.
Qaziler.az AzərTAC-a istinadən bildirir ki, Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına görə, 2009-cu ilin yanvarından 2014-cü ilin mayınadək olan müddətdə istehsal edilmiş “Tiguan”, “Magotan” və “Golf” modelləri geri çağırılacaq.Yanvarın 25-dən başlayacaq proses zamanı avtomobillərin idarəetmə sisteminin, səs siqnalının və təhlükəsizlik yastıqlarının elektrik modulundakı qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.