Ziyalılar Kadırovun istefasını tələb edir

Ziyalılar Kadırovun istefasını tələb edir backend

Rusiyanın “Ziyalılar konqresi” öz saytında Çeçenistan lideri Ramzan Kadırovun istefası tələbi ilə 10 mindən çox imza toplayıb.

Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, buna səbəb Kadırovun bu günlərdə “sistemsiz Rusiya müxalifəti”ni xalq düşmənləri və satıqn adlandırması olub.

Kremlin sözçüsü Dimitri Peskov isə vəziyyəti qızışdırmamağa çağırıb və bildirib ki, Kadırov ölkənin qanuni siyasi meydanında olmayan müxalifətçiləri nəzərdə tutur.

Yanvarın 22-də isə Qroznıda Kadırova dəstək mitinqi keçirilib.

Polisin məlumatına görə mitinqdə 500 minədək adam iştirak edib.

Qeyd edək ki, Çeçenistanda 1 milyon 300 min əhali var ki, bunun 280 mini Qroznıya aiddir.

Onların əllərində Kadırovu tənqid edən Rusiya müxalifətçilərinə qarşı şüar və plakatlar olub.