Ərdoğandan Rusiyaya xəbərdarlıq: “İzn verməyəcəyik”

Ərdoğandan Rusiyaya xəbərdarlıq: “İzn verməyəcəyik” backend

Rusiyanın Türkiyə sərhədlərində aviabaza tikməsinə icazə verməyəcəyik. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


O, Rusiyanın Suriyanın şimal-şərqindəki Qamışlı şəhərində aviabaza tikməsi barədə yayılan xəbərlərə münasibət bildirib:

“Rusiyanın Qamışlıya 100 hərbçisini göndərməsi barədə şayiələr gəzir. Biz bu məsələdə həssasıq. Türkiyənin sərhədlərində aviabazanın tikilməsinə icazə verməyəcəyik. Bizim mövqeyimiz qətidir. Sabah ABŞ vitse-prezidenti Co Baydenlə bunu müzakirə edəcəyik”.

Qeyd edək ki, Rusiya bir neçə gün öncə 100 hərbçisini Qamışlıdakı hökumət qüvvələrinin nəzarətində olan aerodroma göndərib. İddialara görə, Rusiya burada aviabaza tikməyi planlaşdırır.