Rusiya, Suriya, İraq və İran tərəfindən İŞİD-ə qarşı mübarizə məqsədi ilə qurulan Bağdad İnformasiya Mərkəzi fəaliyyətini artırır. Axar.az xəbər verir ki, bu barədə İraqın Müdafiə naziri Xalid Übeydi məlumat verib.
Nazirin sözlərinə görə, Bağdadda qurulan əməkdaşlıq mərkəzi terrorçulara məxsus kəşfiyyat məlumatları əldə etməyə başlayıb.
“Hələ tam olaraq mərkəzdən istifadə etmirik. Ancaq mərkəzin fəaliyyəti gələcəkdə ortaq əməliyyatlar zamanı bizə kömək edəcək”.