İBM-in gəlirləri 11 milyard dollar azaldı

İBM-in gəlirləri 11 milyard dollar azaldı backend

İBM şirkəti 2015-ci ilin dördüncü rübünün və ilin hesabatını dərc edib. İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, şirkətin son rübdə gəlirləri 22,1 milyard dollar təşkil edib. Bir il öncə bu rəqəm 24,1 milyard dollara bərabər idi. Yəni şirkətin gəlirləri 9 faiz azalıb.


Hesabatı tərtib edənlər dəqiqləşdirir ki, valyuta məzənnəsinə dəyişikliklər edildikdə, azalma 2 faiz təşkil edir.

Şirkətin rüb ərzində xalis mənfəəti 4,7 milyard dollar olub ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 19 faiz azdır. Ötən ilin son rübündə şirkətin xalis mənfəəti 5,5 milyard dollar olub.

Ümumilikdə ötən il İBM şirkətinə 81,7 milyard dollar gəlir gətirib ki, bu da 2014-cü illə müqayisədə 12 faiz azdır. Bir il əvvəl şirkətin gəliri 92,8 milyard dollar təşkil edib. Valyuta məzənnəsi və aktivlərin hissələrin satışındakı dəyişikliklərə əsasən azalma 1 faiz olub.

Bir ildə şirkətin xalis mənfəəti 13,4 milyard dollar olub ki, bu 2014-cü ildən 15 faiz azdır. Bu zaman şirkət 15,8 milyard dollar qazana bilib. Valyuta məzənnəsi və aktivlərin hissələrin satışındakı dəyişikliklərə əsasən azalma 12 faiz təşkil edib.