Səudiyyə: “Neftin bu qiymətinə dözə bilərik”

Səudiyyə: “Neftin bu qiymətinə dözə bilərik” backend

Səudiyyə Ərəbistanı karbohidrogen hasilatını azaltmaq niyyətində deyil. Axar.az xəbər verir ki, bu barədə ölkənin dövlət neft şirkəti “Saudi Aramco”nun rəhbəri Xalid Falih deyib.

O, buna baxmayaraq, 2016-cı ilin sonuna qədər qiymətlərin artmasını gözlədiklərini bildirib. Xalid Falih neft qiymətlərinin 30 dollardan ucuz olmasını irrasionallıq adlandırıb:

“Əgər qiymətlər uzun müddət belə qalarsa, biz buna tab gətirə bilərik. Əlbəttə ki, belə bir ssenarinin baş verəcəyini gözləmirik”.