Sürücülər qar uçqunundan son anda xilas oldu

Sürücülər qar uçqunundan son anda xilas oldu backend

Son günlər Alp dağlarında qar uçqunlarının tez-tez baş verməsi ciddi təhlükələrə yol açıb.

Qaziler.az-ın məlumatına görə, ATV.az xəbər verir ki, isveçrəli sürücülər ölümlə üzləşib. Dağlıq ərazidə sürücülər avtomobillə hərəkət edən zaman qar uçqunu baş verib.

Qar uçqununun getdikcə sürətini artırması sürücülərdə həyəcan yaradıb.

Videogörüntülərdən də aydın olur ki, təhlükənin bir addımlığında olan şəxslər, son anda manevr edərək qar topalarının altında qalmaqdan xilas ola bilib.

Bununla belə, rəsmi dairələr uçqunun altında insanların qala biləcəyini istisna etmir. Bunu nəzərə alan xilasedicilər ərazidə axtarışları davam etdirir.