Hindistan məhkəməsi öz keşikçisini qətlə yetirməkdə təqsirləndirilən milyonçunu ömürlük həbs cəzasına məhkum edib.
Qaziler.az BBC-yə istinadən xəbər verir ki, İstintaqın məlumatlarına əsasən 38 yaşlı Məhəmməd Nişam qapının ləng açılmasına görə qəzəblənərək avtomobilini 50 yaşlı keşikçinin üstünə sürüb və daha sonra onu dəmir barmaqlıqla döyüb.İki həftə keçmiş keşikçi aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.
Məhkəmə hökmündə qeyd olunur ki, Hindistan varlıları dahilik maniyasına tutulub və son dərəcə eqoist olublar.