Yanvarın 21-də Moldovanın paytaxtı Kişinyovda hökümət əleyhinə nümayiş olub.
Yanvarın 21-də Moldovanın paytaxtı Kişinyovda hökümət əleyhinə nümayiş olub.Ölkə parlamenti bundan bir gün əvvəl yeni hökumətin tərkibini təsdiqləyib.
Parlament binasının qarşısına toplaşan təxminən 7 min aksiyaçı baş nazir Pavel Filip və onun kabinetinə etiraz edirlər.
Aksiyaçılar ölkədə vaxtından əvvəl seçki keçirilməsini tələb edirlər.
Aksiyaçılar yanvarın 20-də parlament binasına soxularkən polislə qarşıdurma yaranıb.
Polislər də daxil olmaqla azı 10 nəfər yaralanıb.
Ötən ilin oktyabrından etibarən korrupsiya qalmaqalına görə Moldovada siyasi böhran yaşanır.