BMT ay ərzində 2 danışıq dilinin yox olduğunu açıqlayıb. Axar.az xarici mətbuata istinadən xəbər verir ki, BMT dünyada 6-7 min dil olduğunu, lakin bu dillərin çox az qisminin insanlar tərəfindən bilindiyini qeyd edib.
Təşkilat dünya dillərindən yalnız 4 faizinin daha çox insan tərəfindən istifadə olunduğunu, digər dillərin isə tədricən yoxa çıxdığını qeyd edib.
Qeyd edək ki, bu günlərdə danışıq dillərinin sıradan çıxmasının qarşısını almaq üçün mütəxəssislər Nyu Yorkda BMT Ümumi Mərkəzində bir araya gələcək.



