Krım tatarlarının lideri barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib

Krım tatarlarının lideri barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib backend

Ukrayna Ali Radasının deputatı, Krım tatarlarının lideri Mustafa Cəmiloğlu barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı siyasətçinin vəkili “Facebook” səhifəsində paylaşıb.


Qərar Simferopolun Kiyev rayon məhkəməsi tərəfindən qəbul olunub.

Müstəntiq və prokuror bildiriblər ki, M. Cəmiloğluna qarşı Rusiya Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işi qaldırılıb. O, istintaqdan yayınmaqda, şahidlərə təzyiq göstərməkdə və digər dövlətin vətəndaşı olaraq Krımda qeyri-qanuni yaşamaqda ittiham olunur.

Vəkil həmçinin əlavə edib ki, M. Cəmiloğlu federal axtarışa verilib.