Tabasarana OMON yeridildi

Tabasarana OMON yeridildi backend

Dağıstanın Tabasaran rayonunda anti-terror əməliyyatları rejimi tətbiq edilib. Axar.az Rusiya mətbuatına istinadla xəbər verir ki, anti-terror əməliyyatları rejimi səhər saat 04:00-dan etibarən tətbiq edilib. Hazırda rayon ərazisində terrorçuların axtarışı aparılır.


Qeyd edək ki, Tabasaran ərazisində etnik azərbaycanlılar da yaşayır. 2010-cu ilin statistikasına əsasən, onların sayı 9731 nəfərdir və rayon əhalisinin 18,39%-ni təşkil edirlər.