Aleksandr Maslyakov hücuma məruz qalıb

Aleksandr Maslyakov hücuma məruz qalıb backend

Şən və Hazırcavablar Klubunun (KVN) məşhur aparıcısı Aleksandr Maslyakov (böyük) Moskvada hücuma məruz qalıb.

APA-nın “Qovorit Moskva” radiosuna istinadən verdiyi məlumata görə, A. Maslyakov Şeremetyevo küçəsindəki KVN Evinin qarşısında öz avtomobilinə əyləşərkən bir nəfər yaxınlaşaraq ona yumruq zərbəsi endirib. Həmin şəxs saxlanılıb. Onun adı açıqlanmır.
Diaspora