XİN sözçüsü: “Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub”

XİN sözçüsü: “Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub” backend

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin 2015-ci ilin oktyabr ayında İran İslam Respublikasına səfəri və İran rəsmiləri ilə görüşməsi barədə məlumat verilmişdi. Lent.az-ın məlumatına görə, bu barədə mətbuata açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, bu məlumat XİN tərəfindən diplomatik kanallar vasitəsilə araşdırılıb.


“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən Xarici İşlər Nazirliyinə ünvanlanmış cavab notasında qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə xəbərin həqiqəti əks etdirmədiyi bildirilib və Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub” – deyə XİN sözçüsü qeyd edib.