Türkiyə-Rusiya münasibətlərində sərt dönüş

Türkiyə-Rusiya münasibətlərində sərt dönüş backend

Rusiya Xarici İşlər nazirinin müavini və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının müvəqqəti sədri Vasili Nebenzina yanvarın 22-si Türkiyəyə səfər edəcək.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Nebenzina İstanbulda Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ofisinə baş çəkəcək.

Xatırladaq ki, noyabrın 24-də Türkiyə tərəfindən Rusiyanın Su-24 qırıcısının vurulmasından sonra iki ölkə arasında münasibətlər son həddə qədər pisləşmişdi.

Qeyd edək ki, sözügedən olaydan sonra ilk dəfə Rusiyanın yüksək vəzifəli şəxsi Türkiyəyə səfər edəcək.