Pakistanın şimal-qərbində yerləşən universitetə silahlı hücum nəticəsində ən azı 19 nəfər həyatını itirib, 50 nəfər yaralanıb.
Qaziler.az BBC-yə istinadən xəbər verir ki, polisin bildirdiyinə görə, təxminən üç saat davam etmiş atışmada ən azı dörd basqınçı öldürülüb.Qoşunlar Çarsadda şəhərində yerləşən Bacha Xan Universitetinin kampusunda axtarış edirlər.
Polis Reuters-ə bildirib ki, iki partlayış səsi eşidilib.
Basqının Pakistandakı Taliban silahlıları tərəfindən törədilməsinə dair ziddiyyətli məlumatlar var.