Bişkək Rusiya ilə sazişləri dayandırdı

Bişkək Rusiya ilə sazişləri dayandırdı backend

Yanvarın 20-də Qırğızıstan parlamenti Rusiya ilə iki enerji zavodunun tikintisi və işlədilməsi üzrə sazişləri ləğv edib.

Qaziler.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, Rusiya Yuxarı Narın və Kambar-Ata-1 Su-elektrik zavodlarını tikməliydi.

İqtisadiyyat nazirinin müavini Nurlan Sadıkov səsvermədən sonra deputatlara deyib ki, Rusiya dövlət şirkətlərinin layihələrə yatırdığı 37 milyon dollar yeni investor tapılan kimi qaytarılacaq.

Sadıkovun sözlərinə görə, sazişlər “Rusiya maliyyəni dayandırdığı” üçün kəsilib.

Qırğızıstan prezidenti Almazbek Atambaev ötən ay deyirdi ki, ölkə həmin layihələr üçün yeni tərəfdaşları axtarır. Layihələrin ümumi dəyəri 3.2 milyard dollardır.