İŞİD-in qullarının sayı açıqlandı

İŞİD-in qullarının sayı açıqlandı backend

İŞİD İraqda 3500 nəfərdən qul kimi istifadə edir.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin yaydığı hesabatda qeyd edilib.

Hesabatda o da vurğulanıb ki, qulların əksəriyyəti qadın və uşaqlardır:

“Böyük ehtimalla İŞİD soyqırımlar da həyata keçirir. Qulların böyük qismini yezidi kürdləri təşkil edir. Yalnız Mosul şəhərində 800-dən çox uşaq ailələrindən zorla alınıb, yaxud qaçırılıb”.

BMT İnsan Haqları Komitəsinin sədri Zeyd Hüseyn də bildirib ki, İŞİD-in nəzarət etdiyi ərazilərdə insanlar sadəcə zorakılıqdan deyil, həm də aclıqdan və müxtəlif xəstəliklərdən ölür.