Türkiyədə erməni əsilli fotoqraf həbs oluna bilər

Türkiyədə erməni əsilli fotoqraf həbs oluna bilər backend

İstanbul prokurorluğu Atatürk Hava Limanının səmasında icazəsiz olaraq təyyarələrin uçuş və enişlərinin fotoşəkillərini çəkən erməni əsilli fotoqraf Aspet Manukyanın həbsini tələb edib. Bu barədə Trend Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına əsasən, prokurorluq Manukyanın 6 il müddətinə həbsini tələb edib.

Qeyd edək ki, bu il yanvarın 20-də Manukyan Atatürk Hava Limanının səmasında icazəsiz olaraq təyyarələrin uçuş və enişlərinin fotoşəkillərini çəkib. Bütün bunlarla yanaşı, o, Atatürk Hava Limanının səmasında icazəsiz videoçəkiliş də aparıb və daha sonra bu kadrları "Youtube" videoşəbəkəsinə yerləşdirib.

Kadrların videoşəbəkələrdə yayımlanması ilə yaranan qalmaqaldan sonra Manukyan üzr istəsə də, onun bu əməli Türkiyə Pilotlar Dərnəyi tərəfindən terrorçuluq üçün zəmin kimi qiymətləndirilib.
Diaspora