Azərbaycan Dram Teatrı yox ola bilər - Təhlükə

Azərbaycan Dram Teatrı yox ola bilər - Təhlükə backend

Gürcüstandakı yeganə Azərbaycan Dram Teatrı yox olmaq təhlükəsi ilə üzləşib. Publika.az Region TV-yə istinadən xəbər verir ki, 143 ildir fəaliyyət göstərən teatr tamaşaçı alqışına həsrət qalıb. Oynanılması üçün ssenarisi belə hazır olan teatrın səhnəsinin işıqları çoxdan sönüb.

Teatr kollektivi bildirib ki, Tbilisidəki Azərbaycan Dram Teatrına sahəsi 4 min kv.metr olan bina ayrılsa da, hazırda bu mədəniyyət ocağı cəmi 700 kv.metrlik sahədə yerləşib. Kollektivi narahat edən isə yalnız binanın təmirsizliyi, şəraitsizliyi deyil. Hazırda teatrın kollektivi 12 nəfərdən ibarətdir. 143 ildir, yəni Azərbaycan peşəkar teatrının yarandığı vaxtdan bəri fəaliyyət göstərir. Müxtəlif millətlərin yaşadığı yad ölkədə, eləcə də, yarım milyona yaxın soydaşımıza məskən olan məmləkətdə yeganə Azərbaycan teatrı kimi mədəniyyətimizin nümayişi ilə məşğuldur.