Bu gün dünya üzrə “Twitter” sosial şəbəkəsinin işində problem yaranıb. Nəticədə istifadəçilər “Twitter”in veb və mobil versiyalarına daxil ola bilməyib.
İKT.lent.az-ın xəbərinə görə, problem Bakı vaxtı ilə saat 12.15-də başlayıb. Bir qədər sonra “Twitter” rəhbərliyi durumdan xəbərdar olduğunu və problemin tezliklə aradan qaldırılacağını açıqlayıb. Təxminən 3 saat sonra mikrobloq fəaliyyətini bərpa edib.
Problemin nədən qaynaqlandığı bəlli deyil.