Rusiyanın aparıcı bankları hesab olunan “Sberbank” və VTB özəlləşdirilir. Publika.az-ın məlumatına görə, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev bəyan edib.
Nazirin sözlərinə görə, dünyada neftin ucuzlaşması ilə yaranan iqtisadi böhran hökuməti məcbur edib ki, VTB-nin özəlləşdirilməsi ilə bağlı müvafiq təkliflər hazırlansın.O, sözügedən təkliflərin artıq hazır olduğunu, lakin bankın satışı üçün bəzi tənzimləmələrin edilməsinə ehtiyac olduğunu bildirib: “Hazırda sözügedən bankların özəlləşdirilməsi istiqamətində işlər davam etdirilir”.
Xatırladaq ki, “Sberbank”ın səhmlərinin 50 faizi, VTB-nin isə 60,9 faizi Rusiya Mərkəzi Bankına məxsusdur.