İngiltərə Türkiyədən üzr istəyib. Axar.az xəbər verir ki, buna səbəb Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə britaniyalı həmkarı Devid Kemeron arasında baş tutan görüş zamanı PKK tərəfdarlarının aksiya keçirməsi olub.
Məlumata görə, İngiltərənin Ticarət naziri Sacid Cavid Davudoğlunun qaldığı oteli ziyarət edərək hökumət adından üzr istəyib.Qeyd edək ki, ötən gün Davudoğlu ilə Kemeron arasında görüş zamanı PKK tərəfdarları aksiya keçirib. Türkiyə lazımi tədbir görmədikləri üçün İngiltərə hökumətinə şikayətlənib.