“Microsoft” korporasiyası “İnMobi” mobil reklam platforması şirkətini almağa hazırdır. İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən xəbərinə görə, bu barədə “SeekingAlpha” nəşri yazır.
Məlumata görə, Hindistan şirkətinin nümayəndələri bu razılaşmadan 2 milyard dollar əldə etmək niyyətindədirlər. Əvvəl bu şirkətlə “Google” və “Yahoo” kimi nəhəng şirkətlər maraqlanıb. Ancaq ən sərfəli təklif məhz “Microsoft” tərəfindən gəlib. “İnMobil” şirkətinin nümayəndələrinin məlum sorğusuna baxmayaraq, bu razılaşmanın yekun məbləği hələlik məlum deyil.
Əgər hər iki tərəf razılığa gəlsə, bundan sonra Amerika korporasiyasının vəziyyəti xeyli yaxşılaşacaq. “Microsoft” mobil reklam sahəsində mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirə biləcək.
Qeyd edək ki, “InMobi” şirkəti Hindistanda ən böyük reklam şəbəkəsidir. Şirkətin bütün dünyada ofisləri varr və onun işçilərin ümumi sayı 900 nəfərdir. “İnMobi” şirkəti qazancını hər bir reklam verəndən 40 faiz komissiya tutmaqla qazanır. Bir il öncə şirkət “Facebook” və “Google” şirkətləri ilə rəqabət apara biləcək reklam platformasını işə salıb. Hindistan şirkətinin reklam şəbəkəsi 1 milyarddan artıq istifadəçini əhatə edir. Bu sahədə şirkət ancaq “Facebook”dan geri qalır.



