“Apple Watch 2” saatlarının ilk fotoları yayıldı

“Apple Watch 2” saatlarının ilk fotoları yayıldı backend

İnternetdə “Apple Watch 2” “ağıllı” saatlarının ilk fotoları yayılıb. İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, yeni saatların təqdimatı 2016-cı ilin mart ayında keçiriləcək.

Bir çox şayiələrə görə, “Apple Watch 2” saatlarının istehsalına çoxdan başlanılıb. Bunun üçün də çox güman ki, şəkildə görünən də konveyerdən ilk olaraq düşən saatdır.

Bir çox mütəxəssislər isə hesab edir ki, şəkildə görüntülənən saat heç də “Apple” şirkətinin məhsulu deyil. Çünki bu şirkət heç zaman belə bir dizayndan istifadə etməyib. Bu fikirlə şirkətin dizayneri Conatan Ayv da razılaşıb və bildirib ki, əlavələrin böyük hissəsi yumru displeylə işləyə bilmir.

Bununla belə, şəkildə yumru displeyli saat çəkilib. Şəklə əsasən, “Apple Watch 2” sensor displeyə malikdir, onların üstündə isə qeyri-müəyyən düymələrin olduğu görünür.

“Apple” nümayəndələri yeni cihazın qiymətini və rəsmi satışa çıxarılacağı vaxtı sirr saxlayırlar. Onlar internetdə görüntülənən şəkillər barədə hər hansı şərh verməkdən imtina edirlər. Amma söz verirlər ki, bütün lazımi məlumatlar barədə ikinci nəsil “ağıllı” saatların təqdimatı zamanı açıqlanacaq.