Ukraynanın sabiq maliyyə naziri Yuri Kolobov İspaniyada həbs edilib. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, sabiq nazir Ukrayna hökumətinin sorğusu ilə axtarışa verilmişdi.
Ukraynanı 2014-cü ilin fevralında tərk edən Y.Kolobov dövlət əmlakının talan edilməsində təqsirləndirilir. Eyni iş üzrə Rusiyada sığınacaq tapan Ukraynanın sabiq prezidenti və baş naziri Viktor Yanukoviç və Nikolay Azarovun da adları çəkilir.