Şırnakda polisə xain hücum: 2 şəhid

Şırnakda polisə xain hücum: 2 şəhid backend

Şırnakda PKK-nın polisin xidməti maşınına raket zərbəsi nəticəsində 2 polis şəhid olub.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, xəndək və barrikadaların olduğu Yenimahalledən keçən polis xidməti maşınına edilən hücum zamanı 2 polis şəhid olub, 3 polis isə yaralanıb. Yaralılar Şırnak xəstəxanasına çatdırılıblar. Bölgədə toqquşmalar davam edir.