Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.
Axar.az Röyter-ə istinadən xəbər verir ki, buna səbəb partiya liderinin şənbə günü iclasda Ərdoğanı təhqir etməsidir:“Ərdoğan üçün şərəf və namus anlayışı yoxdur. Ya prezident vəzifəsini düzgün icra elə, tərəfsizliyini qoru, ya da mən sənə hər gün şərəf və namus anlayışlarını xatırladım. Sən prezident seçiləndə şərəfin və namusun üstünə and içmisən. Soruşuram indi, sən şərəf və namusdan nə anlayırsan?”
Qeyd edək ki, bu gün Ankara Prokurorluğunda Kamal Kılıçdaroğlunun barəsində cinayət işi başlanıb, araşdırma aparılır.