Mərakeş hakimiyyəti 2015-ci ilin noyabrında Parisdə terror törətməkdə şübhəli bilinən şəxsin həbsi barədə məlumat verib.
Axar.az Röyter-ə istinadən xəbər verir ki, saxlanılan şübhəli Mərakeş əsilli Belçika vətəndaşıdır.İstintaqın iddiasına görə, sözügedən şəxs Parisdə terrorçularla birbaşa əlaqəyə malikdir.
Xatırladaq ki, noyabrın 13-də Fransanın paytaxtı Parisdə törədilən 6 terror aktı nəticəsində 132 nəfər ölüb, ən azı 300 nəfər yaralanıb.