Almaniyaya qarşı artan təhdidlər ucbatından Berlin hərbi büdcəyə ayrılan maliyyəni artırmalıdır.
Axar.az xəbər verir ki, bunu “Bild” qəzetinə müsahibəsində Almaniyanın Müdafiə naziri Ursula fon der Layen söyləyib. Onun sözlərinə görə, Almaniya ordusu hazırda dünyanın müxtəlif yerlərindəki əməliyyatlarda iştirak edir. O, ordunun yeni texnikaya ehtiyacı olduğunu bildirib.
Qeyd edək ki, Almaniya 2016-cı ildə İŞİD-ə qarşı əməliyyatlara 136 milyon avro xərcləyəcək.