Tanzaniyanın şimal-qərb bölgəsində daşqınlar nəticəsində azı 50 nəfər ölüb.
QAZILƏR saytının RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, küləklə müşayiət olunan leysan yağışı Şinyanqa şəhərinə külli miqdarda ziyan vurub.Daşqınlar Serenqeti Milli parkı yaxınlığında, Viktoriya gölündən cənubda yaşayan kənd təsərrüfatı regionunu əhatə edib. Təbii fəlakətdən ümumilikdə 3 500 nəfər zərər çəkib.