ABŞ müsəlmanları hökumətə tənha terrorçularla mübarizədə kömək edə bilərlər. Axar.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Hillari Klinton Demokratlar Partiyasından olan digər namizədlərlə debatlar zamanı söyləyib. Onun sözlərinə görə, ölkə gərək bu problemin həlli üçün birləşsin.
O, müsəlmanların ABŞ-a girişinə qadağa qoyulması təklifini qəbuledilməz adlandırıb.Klinton çıxışı zamanı Rusiyaya qarşı yeni addımların atılması məsələsinə də toxunub:
“Avropa Birliyi Krım və Donbasa görə Rusiyaya sanksiyalar tətbiq edib. Biz bir yerdə olmalıyıq. Biz Putinin Avropa və Yaxın Şərqdə daha aqressiv mövqe tutmağına imkan verməməliyik”.