Moskva “Putin NATO”sunda islahatlara başlayır

Moskva “Putin NATO”sunda islahatlara başlayır backend

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) universal beynəlxalq təşkilata çevirmək niyyətindədir. Oxu.az bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.


“Rusiya BRICS və RİC, Şanxay əməkdaşlıq təşkilatı, Asiya sakit okean İqtisadi İttifaqı (Asia-Pacific Economic Cooperation, APEC), “İyirmilik qrupu” və digər beynəlxalq institutlarda qarşılıqlı fəaliyyəti artırmaq niyyətindədir.

Bizim ölkə MDB və Avrasiya İqtisadi İttifaqı çərçivəsində regional və subregional inteqrasiya potensialını fəal istifadə edəcək, eləcə də KTMT-nin müasir təhlükələrə və geniş çağırışlar spektrinə qarşı duracaq universal beynəlxalq təşkilata çevrilməsi istiqamətində iş aparacaq”, - Rusiyanın Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

Rusiyanın Təhlükəsizlik Şurasında qeyd ediblər ki, Rusiyanın maraqları nüvədən çəkinmə potensialının dəstəklənməsinin labüdlüyünü diktə edir.

Bundan başqa, orqandan qeyd ediblər ki, Moskvanın niyyəti Hindistan və Çin ilə münasibətlərin inkişafının xeyrinədir