Tbilisi: “Qazprom“a yox!” aksiyası keçirilib

Tbilisi: “Qazprom“a yox!” aksiyası keçirilib backend

Şənbə günü Gürcüstan paytaxtında hökumətin Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlarına etiraz olaraq aksiya keçirilib.

Şənbə günü Gürcüstan paytaxtında hökumətin Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlarına etiraz olaraq aksiya keçirilib.

Qaziler.az bildirir ki, bu barədə BBC-nin Tbilisidəki müxbiri Nina Axmeteli xəbər verib.
Aksiyanın təşkilatçıları “Qazproma yox” stikerlərini və keçmiş baş nazir Bidzina İvanişvilinin şəkillərini paylayıblar.
Hökumətin tənqidçiləri İvanişvilini Gürcüstanda "Qazprom" şirkətinin maraqlarını güdməkdə ittiham edirlər.
“Qazprom"-dan asılılığı bütün dünya, bütün Avropa yaşayıb və bizə göstərib ki, "Qazprom"-dan uzaq durmaq lazımdır. Lakin biz bütün bunlara baxmayaraq ona yaxınlaşırıq,” - deyə aksiya iştirakçılarından olan Temur Daraxvelidze BBC-ə bildirib.
Gürücüstan hökumətinin "Qazprom" şirkəti ilə danışıqları qızğın mübahisələrə səbəb olub.
Gürcüstan müxalifəti və bəzi ekspertlər ehtiyat edir ki, "Gazprom"-la əməkdaşlığın genişləndirilməsi Tbilsinin Rusiyadan asılılığını artıracaq və ölkənin əsas qaz təchizatçısı Azərbaycanla strateji əməkdaşlığa xələl yetirəcək.
Rəsmilər danışıqlar ətrafındakı ojiotajı siyasi motivli adlandırıblar.
Hökumətin bildirdiyinə görə, Gürcüstan onsuz da qaz təlabatının bir hissəsini Rusiyadan alır və "Qazprom"-la əməkdaşlıqda yeganə dəyişiklik qazın Gürcüstan vasitəsilə Ermənistana tranizitinə görə ödəmə ilə bağlı ola bilər.
Gürcüstan qaz təlabatını əsasən Azərbaycandan idxal etdiyi qazla ödəyir, lakin Rusiya qazının Ermənistana tranzitinə görə 10 faiz yanacaq əldə edir.